Azərbaycan və Avropa İttifaqı əməkdaşlıq sazişi
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
«APA-ECONOMICS»in məlumatına görə, saziş Aİ-yə üzv dövlətlərin istənilən aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirmək imkanı verir.
«Razılaşma nəticəsində Avropa İttifaqı ilə Azərbaycan arasında hava nəqliyyatı bazarına ədalətli şəkildə qarşılıqlı çıxışı imkanı əldə olunur. Ayrı-seçkilik aradan qaldırılacaq», - deyə Aİ-nin nəqliyyat üzrə komissarının müavini Antonio Tajani bildirib.
Sənəd həmçinin Aİ dövlətləri ilə Azərbaycan arasında ikitərəfli hava xidmətləri razılaşmalarında milli məhdudiyyətləri aradan qaldıracaq.
Qeyd edək ki, Aİ və Azərbaycan arasında sərnişin daşınması 2000-2007-ci illər arasında 3 dəfə artaraq illik 210 min sərnişinə çatıb. Azərbaycanla hava trafikinin ən sıx olduğu Aİ üzvləri İngiltərə, Almaniya və Avstriyadır.

Oxşar yazılar

Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08