Telman İsmayılov oteli ilə bağlı araşdırma başlayıb
Rusiyada böyük biznesə sahib olan azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada inşa etdirdiyi 7 ulduzlu ultra-lüks otellə bağlı qalmaqallar davam edir.
Lent.az-ın məlumatına görə, Antalyaya 1,4 milyard dollar yatırım yapan iş adamının bu hərəkəti rusları bərk qəzəbləndirib və onun Moskvadakı Çerkizov bazarı bağlanmaq təhlükəsi ilə üzləşib. Bundan başqa, biznesmen qaçaqmalçılıqda ittiham olunur. Onun həbs olunması da mümkündür. İsmayılov artıq Türkiyə vətəndaşı olmaq üçün müraciət edib.
Bu günlərdə isə Antalyanın yeni seçilmiş bələdiyyə sədri otelin inşaat layihəsi ilə bağlı araşdırma başlayıb. “Hürriyet” yazır ki, tikintisinə etiraz etdiyi üçün “Mardan Palace”ın açılışına qatılmayan bələdiyyə sədri Mustafa Akaydın (müxakifətdə olan CHP-dən seçilib) Bələdiyyə Məclisinin 2005-ci ildə otelin inşası üçün izin verilməsi barədə müzakirələrinin protokolunu araşdırır. 15 səhifədən ibarət protokolda həmin vaxt CHP-dən olan məclis üzvlərinin otelin inşasına etiraz etdikləri göstərilib.

Oxşar yazılar

ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini yenilədi®
24 may 2022 , 16:45
Azərbaycanda bu kanala yarım milyon dollardan çox pul ayrıldı
24 may 2022 , 15:26
®Baş direktor bir qrup birlik əməkdaşını mükafatlandırdı -FOTO
23 may 2022 , 19:14
ABŞ Çini geridə qoyur... - Son 46 ildə İLK DƏFƏ
21 may 2022 , 11:16
®ABB-nin “American Express” kartlarında böyük endirimlər!
20 may 2022 , 16:51
4 ayda 3,5 milyard kubmetrə yaxın təbii qaz qəbul olunub -FOTO
20 may 2022 , 16:35
®Al Market Mağazalar şəbəkəsi “Anbarları Boşaldır”! -FOTO
20 may 2022 , 11:44