Kredit faizlərinin yüksək olmasının səbəbləri araşdırılacaq
Mərkəzin rəhbəri Samir Əliyev Lent.az-a bildirib ki, tədqiqatdan öncə təşkilatın ekspertləri tərəfindən kredit bazarında ilkin araşdırmalar aparılıb. Onun sözlərinə görə, uzun müddətdir ki, iqtisadçılar kredit faizlərinin yüksək olması ilə bağlı həyəcan təbili çalırlar. Aparılmış sorğular, ictimai müzakirələr, beynəlxalq maliyyə institutlarının (Moody`s, Fitch) hesabatları bu fikri təsdiq edir: “Artıq Mərkəzi Bankın rəsmiləri də kredit faizlərinin yüksək olduğunu etiraf edirlər. Bunun zərbəsi, ilk növbədə kredit götürənə dəyir və yekunda bank sistemi təhlükə ilə qarşılaşır, ölkə iqtisadi aktivlik aşağı düşür”.
Samir Əliyev bildirir ki, hazırda Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 14 faiz, xarici valyutada isə 17 faiz təşkil edir. Biznes kreditləri 20-25 faiz, istehlak kreditləri isə 20-30 faiz civarındadır. Bəzi hallarda istehlak kreditlərinin faiz dərəcələri 36 faizə çatır. Onun sözlərinə görə, xarici ölkələrin bank sisteminin təhlili ölkədəki faiz dərəcələrinin yüksək olduğunu sübut edir. Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7-8 faizlə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətində asılı olaraq 2-7 faiz təşkil edir. ABŞ-da bu göstərici 5 faizdən çox deyil.
Ekspertin fikrincə, tədqiqatın aparılması çərçivəsində Azərbaycanın maliyyə bazarında kredit faizlərinin yüksək olmasını şərtləndirən amillərin müəyyən ediləcək, bu amillərin təsir dərəcəsinə görə ranqlaşdırılacaq və hər bir amil üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində siyasət təklifləri hazırlanaraq qərar qəbul edən şəxslərə çatdırılacaq. Tədqiqat zamanı habelə bir sıra ölkələrdə faiz dərəcələrinin təsiri və kredit faizlərinin aşağı salınmasına gətirib çıxarmış uğurlu təcrübələr öyrəniləcək və həmin ölkələrin qanunvericiliyi araşdırılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18