Naftalanda sahibkarlara güzəştli kredit verilib
Bu gün Naftalanda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) dövlət dəstəyi ilə keçirilən tədbirdə Naftalan və ətraf rayonlarda fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirin məqsədi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maariflənməsinə kömək etməkdir. Tədbirdən əvvəl SKMF-dən güzəştli kredit almış Naftalan rayonundakı tibbi xidmət və sağlamlıq mərkəzi olan “Möcüzəli Naftalan-Sağlamlıq Mərkəzi” MMC-nin fəaliyyətinə baxış keçirilib.
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda müzakirələrdə Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Natiq Aslanov da çıxış edib. O qeyd edib ki, ölkə başçısının təsdiq etdiyi dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində əsaslı irəliləyişə nail olunub. İcra başçısının sözlərinə görə, artıq Naftalanda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov isə ölkədə həyata keçirilən sosial-iqtisadi proqramların icra vəziyyətindən danışıblar.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Naftalan və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 387 min manat güzəştli kredit verilib.
Elxan SALAHOV

Oxşar yazılar

Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron"
16 may 2025 , 14:44
EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
16 may 2025 , 14:25
"Huawei"dən yeni nəsil biləyə taxılan cihazlarla bağlı YENİLİK
16 may 2025 , 12:17
ADA Universitetinin 12 tələbəsi "Azercell"də təcrübə keçəcək
16 may 2025 , 11:50
"Birbank Biznes"dən xanım sahibkarlara daha bir fürsət: 15 000 AZN qazanmaq şansına sahib olun
16 may 2025 , 11:46
"AL Market"dən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
16 may 2025 , 11:28Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34