Fermerlərə gələn il də subsidiya veriləcək
Yanacaq və sürtgü materiallarına görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi gələn il də davam etdiriləcək. Artıq bununla bağlı artıq sənədlərin qəbuluna başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, növbəti ilin payız mövsümündə ölkə üzrə 900 min hektar sahədə taxıl səpinin aparılması nəzərdə tutulur. Təxmini hesablamalar görə, taxıl əkini sahələrinin 654 min hektarında ərzaq buğdası səpiləcək.
Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar ölkə başçısının sərəncamı ilə 2007-ci ildən verilir. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları” və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları” Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı ilə təsdiq olunub. Prezidentin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımları (subsidiyalar) hər hektar sahənin becərilməsi üçün istifadə olununan yanacaq və motor yağlarına görə 40 manat, buğda istehsalçılarına isə əlavə olaraq 40 manat (hər hektar sahəyə ümumilikdə 80 manat) subsidiya verilir.
Nazirlikdə bildirirlər ki, hər il olduğu kimi, gələn il də məhsulun becərilməsi zamanı fermerlərin istifadə etdiyi fosfor gübrəsinin 70, digər mineral gübrələrin isə dəyərinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən bu güzəştlərin əsas məqsədi xüsusilə taxılçılıqla məşğul olan fermerlərin marağını artırmaqdır.
Elxan SALAHOV

Oxşar yazılar

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13