“Western Union” pul köçürmələrini manatla ödəməyə başlayır
Lent.az-ın şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni xidmət sayəsində müştərilər xaricdən aldıqları valyutanın dəyişdirilməsi üçün sərf olunan vaxta qənaət edə biləcəklər.
“Western Union”un Şərqi Avropa və MDB ölkələrindəki regional vitse-prezidenti Conatan Knaus deyib ki, yeni xidmət bizim müştərilərin istəklərini nəzərə alaraq hazırlanıb və beynəlxalq pul köçürmələri üçün maksimum rahat şəraitin yaradılmasına yönəlib: “Bu gün “Western Union” vasitəsilə edilən köçürmə həm ABŞ dolları, həm də manat formasında ödənilə bilər ki, bu da bizim Azərbaycandakı müştərilərimiz üçün əlavə rahatlıqdır”.
Qeyd edək ki, “Western Union” Azərbaycanda öz müştərilərinə bu cür xidmət təklif edən ilk şirkətdir və müştərilərinə pul köçürmələrini bank hesabı açmadan sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirməyi təklif edir və nağd pulları bir neçə dəqiqə ərzində almaq imkanı verir. Sistemin üstünlüklərindən biri də köçürmənin konkret bir ödəmə məntəqəsinə bağlı olmamasındadır. Köçürməni xidmətin göstərildiyi ölkə ərazisində, istənilən məntəqədən almaq olar.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18