ÜDM istehsalı 32,5 milyard manata çatıb
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, ÜDM-in 21,4 milyard manatı (66 faizi) məhsul istehsalı sahələrində, 8,8 milyard manatı (26,9 faizi) xidmət sahələrində yaradılıb. Yerdə qalan 2,3 milyard manat (7,1 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı məhsul istehsalı sahələrində 3,5 faiz, xidmət sahələrində 6,0 faiz artıb. Adambaşına 3642,1 manatlıq (4534,0 ABŞ dolları), yaxud 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çox belə məhsul istehsal olunub. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 5,4 faiz, neft sektorunda isə 2,4 faiz artıb.
Komitənin hesablamalarına görə, ilin 10 ayında əlavə dəyərin 53,9 faizi yaradılmış sənaye sahəsində ev təsərrüfatlarının və sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə alınmaqla 22,5 milyard manatlıq məhsul istehsal olunub. Bu isə 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,0 faiz çoxdur. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19,0 faizi emal bölməsində, 4,6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində və 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.
Elxan SALAHOV

Oxşar yazılar

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13