10 ayda sənaye istehsalı 3 faiz artıb
Dövlət Statistika Komitəsi 2010-cu ilin 10 ayı üzrə ölkə sənayesinin inkişafı göstəricilərini açıqlayıb.
Komitədən Lent.az-a verilən məlumata görə, ölkə sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,0 faiz artaraq 22,5 milyard manata çatıb. Ötən 10 ayda xam neftin hasilatı 1,6 faiz artaraq 42,9 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 4,2 faiz artaraq 14,0 milyard kubmetr olub.
Komitənin hesablamalara əsasən, sənayenin qeyri-neft bölməsində məhsul istehsalı daha çox - 6,1 faiz artıb. Bu bölmədə məhsul istehsalının həcmi isə 4,1 milyard manat olub. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,8 faizini təşkil edib. Ümumi istehsalın 93,2 faizi sənaye mallarının (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.
Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19 faizi emal bölməsində, 4,6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub. Yanvar-oktyabr ayları ərzində istehsal olunmuş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib.
Elxan SALAHOV

682