“İpək yolu” dəhlizi Azərbaycanın gəlirlərini artırıb
“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin genişləndirilməsi nəticəsində tranzit daşımaları artıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, bu ilin 9 ayında dəhliz vasitəsilə 38,1 milyon ton yük daşınıb. Bu dövrdə həmin yolla daşınmış sərnişinlərin sayı isə 149,8 milyon nəfər olub. Ötən 9 ayda yük daşınması 7,7 faiz, sərnişin daşınması isə 8,1 faiz çox olub.
Komitənin hesablamalarına görə, “İpək yolu” nəqliyyat dəhlizi vasitəsilə daşınmış yüklərin 42,8 faizi avtomobil, 40,1 faizi dəmir yolu, 17,1 faizi isə dəniz nəqliyyatının payına düşür. Yük daşınması bütün nəqliyyat növlərində, o cümlədən avtomobil nəqliyyatında 8,3 faiz, dəmir yolu nəqliyyatında 6,2 faiz, dəniz nəqliyyatında isə 9,6 faiz çoxalmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 30,1 faizini (11,5 milyon ton) tranzit yüklər təşkil edib və əvvəlki ilin 9 ayı ilə müqayisədə bu yüklərin həcmi 1,8 milyon ton (18,9 faiz) artıb.
Hesabat dövründə “İpək yolu” nəqliyyat dəhlizi vasitəsilə yük daşımaları fəaliyyətindən 207,6 milyon manat, sərnişin daşınmasından isə 27,1 milyon manat gəlir əldə olunub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq, 14,2 və 12,0 faiz artım deməkdir.
Elxan SALAHOV

Oxşar yazılar

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib
16 may 2025 , 21:27Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16 may 2025 , 16:49
Cahangir Əsgərovla bağlı YENİ XƏBƏR
16 may 2025 , 16:21
Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron"
16 may 2025 , 14:44
EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
16 may 2025 , 14:25
"Huawei"dən yeni nəsil biləyə taxılan cihazlarla bağlı YENİLİK
16 may 2025 , 12:17
ADA Universitetinin 12 tələbəsi "Azercell"də təcrübə keçəcək
16 may 2025 , 11:50