“Azercell Telekom” MMC Karyera Yarmarkasında iştirak edib - FOTO
“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi (AAA) tərəfindən oktyabrın 30-da Amerika Mərkəzində Karyera Yarmarkası təşkil olundu. Bu tədbirin keçirilməsinin əsas məqsədi öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdən ibarət idi.
Yarmarka zamanı iştirakçılar üçün layihə idarə edilməsi, iş axtarışı, ictimai sektorda uğurlu karyera qurulması, Amerika təhsilli məzunların marketinq sahəsində işləməsi və s. mövzular üzrə sessiyalar keçirildi. Günün ikinci yarısında tələbə və məzunlar 18-ə yaxın yerli və beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşdülər və bu görüşlər zamanı həmin şirkətlərdə işə qəbul prosesi, mövcud vakansiyalar haqqında məlumatlar verildi. Belə ki, yarmarkada Beynəlxalq Bank, ATƏT, “Park Inn”, “Procter & Gamble” şirkətləri, Qiymətli Kağızlar Komitəsi və digərləri iştirak edib.
Bir gün davam edən Karyera Yarmarkasında gənclərə daim dəstək olan “Azercell Telekom” MMC-nin təmsilçisi də iştirak etdi. İnsan Qaynaqları şöbəsinin əməkdaşı “Azercell”də işə qəbul və şirkətin elan etdiyi təqaüd proqramı haqqında məlumat verib, məzunları maraqlandıran sualları cavablandırdı.
Karyera Yarmarkasının ən maraqlı məqamlarından biri də Azercell-in təşəbbüsü ilə 150-yə yaxın tələbənin iştirak etdiyi tədbirin iştirakçıları arasında lotereya oyununun təşkil edilməsi oldu. Belə ki, şirkət haqqında sualları doğru cavablandıran 3 tələbə “İpod Nano” qazandı.
Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq “Azercell”in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, “Azercell”in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir və Karyera Günlərinin sonunda şirkətdəki vakant vəzifələr üçün CV-lər toplanılır.

Oxşar yazılar

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13