Lerikdə 22 sahibkara 230 min manat kredit verilib
Bu gün Lerikdə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda seminar-konrans keçirilib. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) dəstəyi ilə keçirilən tədbir sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədi daşıyır.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbir çərçivəsində əvvəl SKMF-dən güzəştli kredit almış Cəlilabad rayonundakı “Cavid-Ş” MMC-nin inşa etdirdiyi tutumu 2 min ton olan müasir soyuducu və “Avanqard” MMC-nin inşa etdirdiyi tutumu 10 min ton olan taxıl anbarı komplekslərində aparılan son tamamlama işlərinə baxış keçirilib. Daha sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb. Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Baxşıyev son illər regionların sürətli inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsi artıb, sahibkarlıq fəaliyyəti genişlənib. Həmçinin Lerikdə yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev isə güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, fond 2010-cu ilin ötən dövründə 1202 sahibkara 92,6 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4550-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Lerik və ətraf rayonlarda fəaliyyət göstərən 22 sahibkarlıq subyektinə 230 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Həmçinin tədbirdə Lerik rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla müzakirələr aparılıb, güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr müəyyənləşdirilib.
Elxan SALAHOV

Oxşar yazılar

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13