Gəncədə köhnə ATS elektronlaşdırılır
Gəncədəki 54 saylı köhnə ATS-in elektronlaşdırılması işi başa çatmaq üzrədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu ilin aprel ayından başlanan yenidənqurma işlərindən sonra hələlik 600 abonentin telefon nömrəsi yeni sistemə qoşulub.
Yaxın 15 gündə isə prosesin tam başa çatdırılması nəzərdə tutulub.
Köhnə ATS-in elektronlaşdırılması üçün bütün rabitə avadanlığı yenisi ilə əvəz olunub. 15 min nömrə tutumu olan yeni ATS tam istifadəyə verildikdən sonra abonentlər müasir xidmət növlərindən də istifadə etmək imkanı qazanacaqlar. Onlar daxil olan telefon zənglərini öz telefon aparatlarında görəcək, yüksək sürətli internetdən istifadə edəcək və telefon kabeli vasitəsi ilə televiziya kanallarına baxa biləcəklər.

Oxşar yazılar

Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05