Camış ətinin idxalına qoyulan qadağa götürüldü
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Hindistandan Azərbaycana camış əti idxalına qoyulan qadağanı aradan götürüb. Artıq bu gündən etibarən ət idxalçıları Hindistandan Azərbaycana camış əti gətirə bilər.
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent az-a bildirib ki, təxminən 10 ildir Azərbaycan Hindistandan dondurulmuş sümüksüz camış əti idxal edir. Onun sözlərinə görə, bu məhsul əsasən, emal sənayesində, xüsusilə də kolbasa istehsalında istifadə edilir: “Hindistan idxal edilən bu məhsulların baytarlıq-sanitariya baxımından qiymətləndirilməsi, kəsim sallaqxanalarında monitorinqlərin keçirilməsi zərurəti yaranmışdı. Bu məqsədlə Dövlət Baytarlıq Xidmətinin nümayəndələri oktyabrın 31-dən noyabrın 6-dək Hindistanda səfərdə olublar. Nümayəndələrimiz Hindistan Ət və Heyvan Məhsullarının İxracatçıları Assosiasiyanın 61 müəssisəsinin 7 sallaqxana müəssisəsində baytarlıq-sanitariya baxışı keçirib və nəticələr beynəlxalq baytarlıq-sanitariya tələblərinə uyğun olub. Buna görə də həmin ölkədən ət və ət məhsullarının idxalına qoyulmuş müvəqqəti məhdudiyyət bu gündən ləğv edilib”.
Yolçu Xanvəli bildirib ki, Azərbaycan mütəxəssislərinin apardığı monitorinqlər başqa ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyırdı. Onun sözlərinə görə, baytarlıq mütəxəssisləri Hindistan Ət və Heyvan Məhsullarının İxracatçıları Assosiasiyanın dəvəti ilə bu ölkədə dondurulmuş sümüksüz camış ətinin ixrac edən sallaqxana müəssisələrində qiymətləndirmə aparıb.
Elxan SALAHOV

Oxşar yazılar

Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05