Maliyyə Monitorinqi Xidməti “Uğur Sertifikatı” aldı
Maliyyə Monitorinqi Xidmətindəndən Lent.az-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığın nəticələrinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf birgə əməkdaşlıqdan razılıq ifadə ediblər. USAID-in ölkə üzrə koordinatoru Kiif Simmons Maliyyə Monitorinqi Xidmətinin kollektivinə “Uğur Sertifikatı”nı təqdim edib. O bildirib ki, xidmət bu mükafata pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində effektiv təlim proqramlarını həyata keçirdiyinə, beynəlxalq standartların tətbiqində qazandığı nailiyyətlərə görə layiq görülür.
Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov isə rəhbərlik etdiyi qurumun işinə verilən yüksək qiymətə görə qonaqlara təşəkkür edib. O qeyd edib ki, Azərbaycanda pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin inkişafı istiqamətində tədbirlər ardıcıl xarakter daşıyır: “Azərbaycan dövləti bu sahənin inkişafını ölkədə şəffaflığın artırılması, sabitliyin davamlı olaraq təmin edilməsi və təhlükəsizliyin gücləndirilməsinin vacib şərtlərindən biri kimi qəbul edir. Təsadüfi deyil ki, FATF və digər beynəlxalq təşkilatlar pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkədə yüksək siyasi iradənin mövcudluğunu vurğulayır”.
Adışirin Qasımov bildirib ki, Azərbaycanda pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara uyğun milli qanunvericilik bazası formalaşdırılaraq inkişaf etdirilir. Onun sözlərinə görə, ölkəmiz qlobal çağırışlara qoşulmaqla mütəşəkkil cinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi və pulların yuyulması ilə mübarizədə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla effektiv əməkdaşlığa nail olub.

Oxşar yazılar

"Kapital Bank"ın dəstəyilə müəllimlər üçün “Nə? Harada? Nə zaman?” çempionatı yekunlaşıb
29 aprel 2025 , 17:16
Sabah Bakının bu rayonunda qaz olmayacaq
29 aprel 2025 , 17:02
“Azərsun Holdinq” mükafata layiq görüldü
29 aprel 2025 , 14:51
ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir
29 aprel 2025 , 10:57
Azərbaycanda keçiriləcək dörd sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək
28 aprel 2025 , 18:55
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
28 aprel 2025 , 16:57
"Azercell" “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
28 aprel 2025 , 16:07