İpoteka kreditləşməsi elektronlaşacaq
11 oktyabr 2010 14:57 (UTC +04:00)

İpoteka kreditləşməsi elektronlaşacaq

“Azərbaycan İpoteka Fondu (AİF) hazırda yeni – “elektron ipoteka” layihə üzərində işləyir və yaxın bir ildə bunu işə sala biləcəyimizi düşünürük”.

Lent.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, layihəyə əsasən, ipoteka kreditləşməsi üçün əhalinin müraciətləri, sənədlərin təqdim olunması tam şəkildə elektronlaşdırılacaq və bu proseslər insan faktoru olmadan həyata keçiriləcək. Bu isə o deməkdir ki, insanlar birbaşa banklara və banklar vasitəsilə AİF-ə müraciət edəcək: “Bu təmasın əsas hissəsi əhali ilə banklar arasındadır. Kreditlər banklar vasitəsilə verilir və yalnız sənədlərə sonuncu mərhələdə baxılması, yoxlanması Azərbaycan İpoteka Fondunda həyata keçirilir. Orada son yoxlama, sənədlərin qanunlara uyğunluğu, ipoteka almaq istəyənin maddi imkanları araşdırılır və yekun qərar verilir”.

Elan Rüstəmov Azərbaycanda ipoteka kreditləşməsi prosesinə çox ciddi nəzarət olunduğunu deyir: “Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycanda ipoteka institutu ən şəffaf institutlardandır. Hətta onun reytinqi beynəlxalq təşkilatlarda yüksəkdir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar