11 mağaza və marketdə zay məhsul aşkarlandı - SİYAHI
Marketlərdə zay qənnadı, süd, kolbasa, yağ, konservləşdirilmiş məhsullar, pivə və uşaq yeməkləri satılırmış
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçirib.
Lent.az-ın İqtisai İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinqlər zamanı market və mağazalarda zay məhsullar aşkarlanıb.
Bu market və mağazalar aşağıdakılardır:
Bakının Xətai rayonunda
- X.Məmmədov küçəsi, 2944-cü məhəllədə yerləşən “Neptun-3 market”də;
Yasamal rayonunda
- Ə.Əhmədov və D.Bünyadzadə küçələrinin kəsişməsində Azər Şirinova məxsus mağaza;
Abşeron rayonunun Xırdalan şəhərində
- H.Əliyev prospektində yerləşən “Nuru market”, “Lider market”, “Nihat market”ə, “Mars market” və Sevindik Şahmarlıya məxsus mağaza;
- 28-ci məhəllədə yerləşən “Ülvi market”;
Gəncə şəhərində
- Atatürk prospekti, 197 ünvanında yerləşən “Sarvan market”;
Quba şəhərində
- Fətəlixan küçəsində Ramin Məmmədova məxsus mağaza;
Ucar şəhərində
- Azərbaycan küçəsində Famil Babayevə məxsus mağaza;
Bu market və mağazalarda ümumi çəkisi 100 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18