Mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
07 iyun 2010 20:00 (UTC +04:00)

Mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

Bakıda və daha 5 rayondakı mağazalarda vaxtı ötmüş məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərini, eləcə də Ağdaş, Göygöl, Gədəbəyə, Şəki və Fizuli rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 16 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Yasamal rayonunda

- İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən “Honk-Konq” restoranında;

Səbail rayonunda

- Y.Məmmədəliyev küçəsi, ev 19, mənzil 1 ünvanında yerləşən “Arabesque kafe”də;

Xətai rayonunda

- Xocalı küçəsi, ev 16 ünvanında yerləşən “Zaur market”də;

Nərimanov rayonunda

- Y.Çəmənzəminli küçəsi, ev 125 B ünvanında Əhməd Mahmudova məxsus mağazada;
- Y.Çəmənzəminli küçəsi, ev 123 A ünvanında yerləşən “Məhəllə market”də;
- F.Yusifov küçəsi, ev 16, mənzil 52 ünvanında yerləşən “Məhəllə market”də;
- Təbriz küçəsi, ev 108, mənzil 3 ünvanında yerləşən “Qönçə market”də;
- A.Nemətulla küçəsi, ev 85 ünvanında yerləşən “24 saat market”də;
- A.Nemətulla küçəsində Samir Sadıqova məxsus mağazada;
- Atatürk prospekti, ev 41/47 ünvanında Şahin Əliyevə məxsus mağazada;

Ağdaş şəhərində

- M.Ə.Rəsulzadə küçəsində yerləşən “Üzünük market”də;

Gədəbəy rayonunda

- Bazar ətrafında yerləşən “Qızıl Qaya market”də;

Göygöl rayonunda

- Hacıkənd şosesində Elman Hacıyevə məxsus mağazada;

Şəki şəhərində

- N.Nərimanov küçəsində Qurban Məmmədova məxsus mağazada;

Füzuli rayonunda

- Bala Bəhmənli kəndində yerləşən “Elgün market”də;
- Bala Bəhmənli kəndində Səyavuş Orucova məxsus mağazada.

Monitorinq zamanı ümumi çəkisi 475 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
# 545

Oxşar yazılar