Azərbaycan Gürcüstanla ikitərəfli protokol imzalayıb
Sənədə əsasən, Azərbaycan ÜTT-yə üzvlük məsələsində Gürcüstanla əməkdaşlıq edəcək
Azərbaycanla Gürcüstan arasında Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı ikitərəfli protokol imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gürcüstan tərəfdən isə bu ölkənin iqtisadi inkişaf naziri cənab Zurab Pololikaşvili imzalayıb. Razılaşma İqtisadi İnkişaf Nazirliyinin nümayəndə heyətinin aprelin 29-da Gürcüstana rəsmi səfəri çərçivəsində əldə olunub.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasındakı iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. İqtisadi İnkişaf naziri Şahin Mustafayev Gürcüstanın baş naziri Nikoloz Gilauri ilə də görüşüb.
Gürcüstana səfər çərçivəsində Tbilisidə, daha sonra isə Marneuli rayonunda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Fondun Gürcüstandakı nümayəndəliyinin və bu ölkənin İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Gürcüstan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, bank, informasiya-kommunikasiya texnologiyaları, energetika, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Gürcüstan Sahibkarlar Assosiasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Gürcüstan Milli İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda ət ucuzlaşır? - Ekspert AÇIQLADI
7 iyul 2022 , 16:47“Nar” əyləncə dolu yay kampaniyasına start verir®
7 iyul 2022 , 14:51
“Azercell”in sosial layihə müsabiqəsinin final turu baş tutdu®
7 iyul 2022 , 14:27
“Azəriqaz"da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
7 iyul 2022 , 14:00"Açıq Mikrofon" aksiyasında Qax sakinlərinin problemləri dinlənildi - FOTO
6 iyul 2022 , 19:48
“Aura” nın dəstəyi ilə “Her Improvement” proqramının dördüncü mərhələsi başa çatdı®
6 iyul 2022 , 17:42
“Azəriqaz” rəhbəri Şərqi Zəngəzurda işləyən heyətlə görüşdü - FOTO
6 iyul 2022 , 16:35