“Coca-cola” Azərbaycanın antiinhisar qanunlarını pozub
Şirkət süni qiymət artımı ilə bazarda sağlam rəqabət mühitinə zərbə vurub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti şəkərli sərinləşdirici içkilər bazarında daha böyük paya malik olan “Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC, “Mars Overseas Baku LTD” və “TAC” MMC-də ciddi qanun pozuntusu aşkarlayıb. Belə ki həmin müəssisələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzə çıxıb .
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Xidmətin əməkdaşları tərəfindən 2009-cu ildə istehlak bazarında aparılan monitorinqlər zamanı 0,5 litrlik qablarda satılan şəkərli sərinləşdirici içkilərin qiymətlərinin artdığı müəyyən edilib. Bununla əlaqədar 12 aprel 2010-cu il tarixində “Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC haqqında qaldırılmış işə baxılması yekunlaşmışdır. İşə baxılması nəticəsində “Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC-nin bazarda hökmran mövqedən sui-istifadə edərək əlavə mənfəət əldə etmək məqsədilə, kifayət qədər iqtisadi əsas olmadan 0,5 litrlik qablarda satılan “Coca-Cola”, “Fanta”, “Sprite” adlı və s. şəkərli sərinləşdirici içkilərin satış qiymətini 31,9 faiz artırdığı, nəticədə həmin məhsulların parakəndə satış qiymətinin 30 qəpikdən 40 qəpiyə qədər artdığı müəyyən edilib. Bu hallara yol verməklə “Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4-cü bəndinin və 16-1-ci maddəsinin tələblərini pozub.
Bununla əlaqədar, qanun pozuntusuna yol verilməklə əldə edilmiş 755659 manat məbləğində üstəlik inhisar mənfəətinin dövlət büdcəsinə ödənilməsi, 0,5 litrlik qablarda satılan “Coca-Cola”, “Fanta”, “Sprite” adlı və s. şəkərli sərinləşdiriçi içkilərin pərakəndə satış qiymətinin 40 qəpikdən 35 qəpiyə endirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüqualarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC-yə göstəriş verilib.
“Mars Overseas Baku LTD” MMM-nin və “TAC” MMC-nin istehsal etdiyi 0,5 litrlik şəkərli sərinləşdirici içkilərin qiymətləri barədə təqdim edilmiş məlumatlar iş üzrə qərar qəbul edilməsi üçün kifayət etmədiyinə görə, bu müəssisələrdə məlumatlar yerində araşdırılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18