Nazir müavini: “Tranzit yollarının, Cənub-Şimal dəhlizinin tikintisi başa çatacaq…”
15 noyabr 2012 13:06 (UTC +04:00)

Nazir müavini: “Tranzit yollarının, Cənub-Şimal dəhlizinin tikintisi başa çatacaq…”

Bu gün parlamentdə 2013-cü ilin büdcə layihəsinin müzakirəsi davam edib. Lent.az-ın verdiyi məlumata görə, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova millət vəkili İqbal Ağazadənin Azərbaycanın yeni iqtisadi inkişaf konsepsiyasının hazırlanması ilə bağlı təklifinə münasibət bildirib.

Nazir müavini deyib ki, iqtisadi inkişaf konsepsiyası hazırlanıb və hədəflər orada qeyd edilib. Onun sözlərinə görə, maşınqayırma, kimya, metallurgiya, yüngül sənaye, turizm əsas sahələr kimi müəyyənləşdirilib.

Gələn 10 ildə ÜDM-nin həcmini 2 dəfədən çox artırmağı, adambaşına düşən gəlirin 13 min dollara çatdırmağı hədəf qoymuşuq: “Gələn il qeyri-neft sektorunda 11,7 faiz artım olacaq, büdcəyə qeyri-neft sektorundan vergi gəlirləri isə 14,7 faizə çatacaq. Bu da əsasən qeyri-neft sektoru hesabına olacaq. Qeyri-neft sektorunun, xüsusən ticarət sektorunun geniş miqyaslı dəstəklənməsi üçün tədbirlər görüləcək. Hazırda Azərbaycanda sənayenin modernləşdirilməsi, sənayeləşmə həyata keçirilir. Sumqayıt Kimya Sənaye Parkının yaradılması üzrə iş gedir, torpaq ayrılıb. Xarici ekspertləri də bu işə cəlb edirik”.

O bildirib ki, Azərbaycanda gəmiqayırma zavodu, gübrə zavodu tikilir: “İnfrastrukturu inkişaf etdirən layihələrin həyata keçirilməsi də qeyri-neft sektorunun inkişafına təkan verəcək. Orta müddətli büdcə çərçivəsində tranzit yollarının, Cənub-Şimal dəhlizinin tikintisi başa çatacaq”.

Sevinc Həsənova subsidiya mexanizminin təkmilləşdirildiyini bildirib. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya sistemi hazırlayıb və bu, tətbiq olunacaq.

Nazir müavini kənd təsərrüfatı məhsullarının satışı və Quba almasının satışı sahəsində problemə də münasibət bildirib: “Regionların inkişafı ən əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu sahədə birinci proqram bitib, ikinci həyata keçirilir. Sahibkarlığa İnkişaf Fondu tərəfində Qubaya 1163 sahibkara kredit verilib, 8 min 500 iş yeri açılıb . Qubada soyuducu anbar tikilir və b da məhsulların saxlanmasına, daha çox gəlir əldə etməsinə xidmət edəcək. Quşçuluq, üzümçülük təsərrüfatlarına da vəsait ayrılıb. Qubada bir neçə zavodun çalışmamasına gəlincə, Quba-Xaçmaz zonasında 4 meyvə-tərəvəz emalı zavodu var, gücləri 26 min tondur. Bu zavodların yeniləşməsi üçün 100 milyon manatdan artıq kredit ayrılıb. Zavodların ikisində mövsüm bitdiyi üçün yenidənqurma işləri həyata keçirilir. Növbəti mövsümdə də məhsul alışı həyata keçirəcəklər”.

Sevinc Babayeva İqtisadi İnkişaf Nazirliyinin digər rayonların, o cümlədən Mingəçevir şəhərinin inkişafı istiqamətində də səylərini artıracağını söyləyib. O, 2012-ci ildə Quba-Xaçmaz regionunda qum-çınqıl karxanalarına baxış keçirildiyini və bununla bağlı təkliflər hazırlandığını da qeyd edib. İqtisadi inkişaf nazirinin müavini yüksək səviyyəli peşə təhsilli kadrların olmasının zəruri olduğunu vurğulayıb: “Buna görə 8 peşə məktəbi təmir olunub, gələcəkdə də belə layihələr həyata keçiriləcək”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar