Gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub - FOTO
Naxçıvanda Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikalarının gömrük xidməti nümayəndələri iştirak edib.
DGK-nin sədri Aydın Əliyev, Qazaxıstan Maliyyə Nazirliyi yanında Gömrük Nəzarəti Komitəsinin sədr müavini İqor Ten, Qırğız Dövlət Gömrük Xidməti sədrinin birinci müavini Zamirbek Malabekov, Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Qismət Gözəlov çıxış edərək tarix, dil və mədəniyyət yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya əsaslanan, bütün sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrin və əməkdaşlığın əhəmiyyətini önə çəkiblər.
Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşündə ölkələr bir-birlərinin gömrük işi sahəsində təcrübə və yenilikləri ilə yaxından tanış olublar. Görüş çərçivəsində İpək Yolu ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi işində gömrük orqanlarının rolu mövzusunda V forum keçirilib. Bu istiqamətdə gələcək fəaliyyət planı müəyyənləşdirilib. Forum öz işini yekunlaşdırdıqdan sonra görüşün birinci hissəsi başa çatıb.
Görüşdə Azərbaycan gömrük xidməti “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan sazişində beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi kimi məsələlərin də yer aldığını nəzərə alaraq gömrük hüquqpozmalarına qarşı fəaliyyət sahəsində əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə layihə təqdim olunub. Qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozmalara qarşı mübarizə çərçivəsində dövlətlər arasında mümkün birgə əməliyyat və təşəbbüslərə dair rəy və təkliflər dəyərləndirilib.
Görüşün sonunda türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri tərəfindən “Naxçıvan bəyannaməsi” qəbul olunub. Tərəflər ticarətin və sərhəddən keçmənin sadələşdirilməsi üçün türkdilli dövlətlərin gömrük xidmətləri arasında əməkdaşlığı genişləndirmək, buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi, potensialının gücləndirilməsi, mal və nəqliyyat vasitələrinin, o cümlədən sərnişinlərin sərhəddən keçidinin sürətləndirilməsi üçün bir-birilə əməkdaşlıq etmək, məlumat və qabaqcıl təcrübə mübadiləsi ilə narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı səyləri birləşdirmək və digər bu kimi mühüm məsələlərlə bağlı razılığa gəliblər.

1504