"Azərenerji" gücləndirilmiş rejimə keçdi - SƏBƏB
25 fevral 2020 12:34 (UTC +04:00)

"Azərenerji" gücləndirilmiş rejimə keçdi - SƏBƏB

Azərbaycanın bir sıra regionlarında başlayan güclü külək səbəbindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, hazırda önləmə tədbirləri iki regionda olan 10-a yaxın rayon və qəsəbəni əhatə edir.

“Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-yə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonlarının və Yalama qəsəbəsinin ərazisində güclü külək müşahidə edilir.

Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur.

“Azərişıq” abunəçilərdən xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2119
avatar

Aygün İbrahimli

Oxşar yazılar