Zinəddin Zidan məşqçilik karyerasını bərpa edə bilər.
Lent.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Məlumata görə, mütəxəssis ancaq Fransa millisinə rəhbərlik etmək istəyir. Qeyd olunur ki, Zidan 2024-cü il Avropa çempionatının sonuna qədər gözləmək niyyətindədir və bundan sonra onun təyinatı mümkün olacaq. Fransa millisini hazırda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komandanı qalib edən Didye Deşam çalışdırır.
Fransız mütəxəssis 2016-2018, eləcə də 2019-2021-ci illərdə “Real Madrid”i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə La Liqa çempionluğuna aparıb, iki dəfə İspaniya Superkubokunu və
UEFA Super Kubokunu qazanıb. Həmçinin iki dəfə Klublararası Dünya Kubokunun və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.