"Zenit" daha əvvəl Ukraynanın "Şaxtyor"unda çıxış etmiş "Qalatasaray"ın yarımmüdafiəçisi Tete ilə güclənməyi planlaşdırır.
Lent.az bildirir ki, bu barədə “Sabah Spor” sosial şəbəkədə məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunu almaqda Sankt-Peterburq komandası ilə yanaşı, Braziliyanın “Baiya” klubu da maraqlıdır.
"Qalatasaray" futbolçunun satışından təxminən 10 milyon avro qazanmaq istəyir.
2023/2024 mövsümünün Türkiyə liqasında Tete klubda 21 oyun keçirib, heç bir qol vurmayıb və iki məhsuldar ötürmə verib.
Yarımmüdafiəçi 2023-cü ilin avqustundan Türkiyə komandasında çıxış edir.
23 yaşlı braziliyalının "Qalatasaray"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.