Zəlzələdən sonra Türkiyənin 3 klubu oyunları dayandırdı
11 fevral 2023 17:44 (UTC +04:00)

Zəlzələdən sonra Türkiyənin 3 klubu oyunları dayandırdı

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra futbol klubları yarışları dayandırır.

Lent.az yerli mediaya istinadla bildirir ki, zəlzələdən ciddi fəsadlar görən Diyarbəkir, Malatya və Qaziantep şəhərlərinin eyniadlı futbol klubları liqadakı oyunları dayandırdıqlarını açıqlayıblar.

Məlumat üçün bildirək ki, "Qazinatepspor" klubu Super Liqanı, "Yeni Malatyaspor" 1-ci liqanı, "Diyarbəkirspor" isə 2-ci liqanı təmsil edir.

Xüsusilə, "Malatyaspor"dan verilən açıqlamada qeyd olunub ki, şəhər zəlzələdən ciddi zərər görüb: "Burada yaşayış dayanmış kimidir. Başımız zəlzələnin fəsadlarına qarışıb. Həmçinin qapıçımız Əhməd Eyüb Türkaslan da zəlzələdə dağıntılar altında qalaraq ölüb. Belə bir zamanda futbol oynamaq kimi niyyətimiz yoxdur".

Hər üç klub oyunları dayandırmaları barədə Türkiyə Futbol Federasiyasına müraciət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar