Məşhur idman şərhçisi Özgür Şankar Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Arsen Zaxaryanın Türkiyənin "Qalatasaray"ına uğursuz transferinin təfərrüatlarını açıqlayıb.
“Bu transferdə yalnız bir maneə var idi - Arsenin atasının fikri, başqa problem yox idi. "Qalatasaray" "Dinamo" ilə anlaşıb. Əgər maliyyə təfərrüatları ilə maraqlanırsınızsa, mən onları təqdim edə bilərəm - 13 milyon avro, həmçinin 2,5 milyon avro bonuslar.Arsen "Qalatasaray"da oynamaq istəyirdi, lakin atasının fikirlərinə görə müqavilə pozulub. Bu, “Qalatasaray”ın rəhbərlərindən aldığım aydın məlumatdır. Təsdiq olmadan heç vaxt belə bir şey deməzdim”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Sankara bildirib.
Xatırladaq ki, 20 yaşlı rusiyalı futbolçu Arsen Zaxaryan 2020-ci ildən "Dinamo"nun əsas komandasında çıxış edir. Bu müddət ərzində o, 17 qol vurduğu mavi-ağların tərkibində 84 oyun keçirib. Onun Rusiya millisində də 7 oyunu var.