"Yuventus"un hücumçusu Duşan Vlahoviç Turin komandasının yeni müqavilə təklifini rədd edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ağ-qaralar serb forvardına 8 milyon təklif ediblər. Futbolçu yeni müqaviləyə əsasən 10 milyon avro almaq istəyir. Turin klubunun rəhbərliyinin isə bu qədər pul ödəməyi planlaşdırmadığı qeyd edilir.
Hücumçu ilə hazırkı müqavilə 2026-cı ilin iyunun sonuna kimidir.
Bu mövsüm 24 yaşlı Vlahoviç 27 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 65 milyon avro qiymətləndirir.
A Seriyasında 29 turdan sonra "zebralar" 59 xalla üçüncü pillədə qərarlaşıb.