"Yuventus"un bu mövsüm A Seriyasında yenidən xalları alına bilər.
Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, bundan əvvəl Turin klubu artıq 15 xal itirərək İtaliya çempionatının turnir cədvəlinin ortasına düşüb.
Mənbənin sözlərinə görə, İtaliya Futbol Federasiyası hələ də Turin komandasına qarşı oyunçuların maaşları ilə bağlı maliyyə fırıldaqçılığı ilə bağlı işi davam etdirir. İdman qurumunun rəhbərliyi “qoca sinyora”dan əlavə olaraq 20 xalın silinməsi tələbini irəli sürüb.
Əlavə edək ki, hazırda aktivində 23 xal olan "Yuventus" A Seriyasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.