İtaliyanın “Yuventus” klubu itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin yarımmüdafiəçisi Artur zədə səbəbindən məşqlərdən kənar qalıb.
Sağ ayağındakı ağrılardan şikayətlənən futbolçunun müayinəsi zamanı onda zədədən sonra yaranan kalsinoz aşkarlanıb. Artur yalnız problemin həllindən sonra məşqləri bərpa edəcək.
Yarımmüdafiəçi bu üzdən A seriyasının növbəti turunu da buraxacaq. Artur fevralın 13-də “Napoli” ilə görüşdə meydana çıxa bilməyəcək.