Hollandiyalı konkisürən Yoy Byone bu yaxınlarda Kalqaridə keçirilən Dünya Çempionatında 5000 metr məsafəni qət edib dünya çempionu olub və 1500 metr məsafəyə yarışda bürünc medal qazanıb.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Byone təkcə idmanında ən yaxşılardan biri deyil, həm də gözəldir.
2020-ci ildə o, kişilər üçün jurnalın versiyasına görə Hollandiyanın ən gözəl idmançısı seçilib.