Azərbaycan yelkənçiləri iyulun 14-16-da Gürcüstanda keçiriləcək “Tbilisi Open Championship 2023”də iştirak edəcəklər.
Federasiyadan Lent.az-a verilən məlumata görə, bu məqsədlə milli komanda sözügedən ölkəyə yollanıb.
Yarışda Furkan Mustafayev, Nurlan Ağazadə, Amira Bayramova, Muhammed Məmmədzadə və Kamal Bəşirli qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Gürcüstan yığması “Baku Sailing Regatta 2023”də iştirak üçün Azərbaycana gəlmişdi.