Yamalın atası İspaniya millisinin oyunçusundan 3 yaş kiçikdir
10 iyul 2024 17:21 (UTC +04:00)

Yamalın atası İspaniya millisinin oyunçusundan 3 yaş kiçikdir

İspaniyanın 16 yaşlı ulduzu Fransa ilə oyunda vurduğu möhtəşəm qolla qələbənin memarı olub. Lamine Yamalın atası Mounir Nasraouinin ispaniyalı cinah oyunçusu Xesus Navasdan kiçik olması hamını təəccübləndirib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hazırda Almaniyada keçirilən Avropa çempionatında hər kəs Lamine Yamaldan danışır... 

“Barselona”da çıxış edən 16 yaşlı istedad, Fransa oyununda öz möhtəşəm futbolunu cərimə meydançasının kənarından ayağının içi ilə vurduğu mükəmməl qolla taclandırıb. İspaniyanın qələbəsində baş rolu oynayan Yamalın atası əslən mərakeşli və anası isə Ekvator Qvineyalıdır... 

Lamine Yamalın atası Mounir Nasraouinin yaşı 35-dir.Yəni o, gənc ulduzun komanda yoldaşı Xesus Navasdan (38 yaş) 3 yaş kiçikdir. Dünən ilk 11-likdə İspaniyanın uğuru üçün iki futbolçu çox çalışıb. Turnirin ən yaşlı oyunçusu portuqaliyalı Pepe isə ispan ulduzun atasından düz 6 yaş böyükdür...


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Oxşar yazılar