Futbol üzrə Xorvatiya milli komandasının sabiq baş məşqçisi Miroslav Blazeviç 88 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Xorvatiya Futbol İttifaqının (HNS) rəsmi saytının verdiyi məlumata görə, mütəxəssisin ölüm səbəbi məşqçinin 2011-ci ildən mübarizə apardığı onkoloji xəstəlik olub.
Məşqçilik karyerası ərzində Blazeviç "Sion"la İsveçrə kubokunun qalibi (1974), "Dinamo Zaqreb"lə Yuqoslaviya kubokunun çempionu və sahibi (1982), "Qrasshoppers" ilə İsveçrə çempionu (1984), “Kroatsia” (1993) və Zaqreb “Dinamo”su ilə (2003) ikiqat Xorvatiya çempionu olub. O, həmçinin İran və Bosniya və Herseqovina millilərinə rəhbərlik edib. 1998-ci ildə Xorvatiya millisi ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.