Rusiyanın “Dinamo-Altay” klubunun müdafiəçisi Yeqor Stronov Ümumrusiya Xokkey Liqasının çempionat matçında zədələnərək böyrəyini itirib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, 23 yaşlı xokkeyçi rəqibi ilə bərk toqquşub. Bundan sonra o, xəstəxanaya yerləşdirilməli olub. Həkimlər Stronovun sol böyrəyinin zədələndiyini aşkar ediblər. Onlar orqanı xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
İdmançının vəziyyəti orta ağır qiymətləndirilir.