Zidandan gözlənilməz Serxio Ramos qərarı
02 aprel 2017 18:31 (UTC +04:00)

Zidandan gözlənilməz Serxio Ramos qərarı

Serxio Ramos La Liqanın XXIX turunda “Alaves”lə qarşılaşmada iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının  kapitanının zədəsi yoxdu.

 

Sadəcə “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan 31 yaşlı futbolçuya istirahət vermək qərarına gəlib.

 

Bu barədə oyundan bir gün öncə keçirilən mətbuat konfransında Zidan özü açıqlama verib: “Serxio Ramosa istirahət vermişəm. Bu, mənim qərarımdır. Başqa deyəcəyim heç nə yoxdur”.

 

Qeyd edək ki, “Real” – “Alaves” oyunu bu gün Bakı vaxtı ilə saat 18:15-də başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

ApaSport TV

Oxşar yazılar