“Mənə görə, iki fərqli hissə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Bu gün Topaz Premyer Liqasının 2013/14 mövsümünün startında “Qəbələ” səfərdə “Bakı” ilə qarşılaşıb. Görüşdə “qırmızı-qaralar” 2:1 hesabı ilə qələbəyə sevinib
Rusiyalı mütəxəssis cari mövsümdə qazanılan ilk 3 xalı dəyərləndirib: “İlk hissədə yaxşı oynamadıq. Fasilədən sonra isə ötürmələrdə səhvlər etmədik. Bu, Premyer Liqanın ilk oyunu idi, səfər oyunu idi. Komandam bundan irəli gələn məsuliyyəti anladı və qələbə qazandı”.
Yuri Syomin "Qəbələ"dəki ilk qələbəsindən danışıb
634