“Biz hücum etməyi sevən və buna çalışan gənc komandaya malikik. Rusiya yığmasındakı kimi müdafiə xətti ilə bağlı bəzi problemlərimiz var. Amma inanıram ki, bunlar həll olunası problemlərdir”. Lent.az-ın məlumatına görə, bunu “Qəbələ” futbol komandasının baş məşqçisi Yuri Syomin “Sport-Ekspress”ə müsahibəsində deyib.
Hazırda Topaz Premyer Liqasında 3-cü pillədə yer aldıqlarını xatırladan rusiyalı mütəxəssis hələ də 1-ci yerə iddialı olduqlarını bildirib: “Ümidvaram ki, Avropa Liqasına vəsiqə qazanmaq üçün tapşırığı yerinə yetirə biləcəyik. Bu, ilk addımımız olmalıdır. Ondan sonra isə inkişaf edəcəyik ”.