Yığmamızın iki futbolçusu Rusiya klubunda
17 iyul 2019 11:46 (UTC +04:00)

Yığmamızın iki futbolçusu Rusiya klubunda

 
 
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının iki üzvü Rusiyanın “Torpedo” klubuna transfer olunub.
 
APA-nın məlumatına görə, Vüsalə Hacıyeva və Jalə Məhsimova İjevsk təmsilçisinin şərəfini qoruyacaq.
 
Son klubu “Qubek” olan V.Hacıyeva əvvəllər də “Torpedo”da çıxış edib. Müdafiəçi yenidən legioner həyatı yaşamağa üstünlük verib.
 
J.Məhsimova isə Udmurtiya təmsilçisində debüt edəcək. Yarımmüdafiəçi bunadək “Uğur”da forma geyinirdi.
 
Qeyd edək ki, Rusiya çempionatının yüksək liqasında mübarizə aparan “Torpedo” 11 turdan sonra 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar