WTF prezidenti Kəmaləddin Heydərovla görüşdü
30 iyul 2013 17:41 (UTC +04:00)

WTF prezidenti Kəmaləddin Heydərovla görüşdü

 



Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunq Von Çu Bakıya növbəti səfərə gəlib. Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cənubi koreyalı qonağın budəfəki səfəri növbəti 4 il müddətinə WTF-nin prezidenti seçilməsindən az sonraya təsadüf edib.



O, ATF prezidenti və WTF-nin vitse-prezidenti Kəmaləddin Heydərovla görüşüb. Rəsmilər qarşıdakı perspektivlər barədə ətraflı söhbət ediblər. WTF-nin digər vitse-prezidenti, misirli Əhməd Fuli də paytaxtımızda tədbirlərə qatılıb.

WTF-nin taekvondo üzrə nümunəvi çıxışlar qrupu da Bakıdadır. İyulun 29-da dənizkənarı milli parkda taekvondo qrupunun nümunəvi çıxışları keçirilib. Paytaxt sakinləri idmançıların təqdim etdikləri tryukları böyük maraqla izləyiblər. Taekvondonun təbliğinə həsr olunmuş belə nümunəvi çıxışlar Sumqayıt və Qəbələ şəhərlərində də nəzərdə tutulub. Ölkəmizdə Cənubi Koreya nümayəndələrinin taekvondo ilə bağlı çıxışlarından başqa, mədəniyyət tədbirləri də keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar