Türkiyənin "Antalyaspor" klubunun prezidenti Gültekin Gencer bu gün keçirdiyi mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirib.
Lent.az-ın "report.az"-a istinadən məlumatına görə, Eto O-nun komandaya cəlb olunmasından danışan klub rəsmisi qapıçı Viktor Valdes haqda da fikrilərini bildirib.
O, deyib ki, Valdes "Antalyaspor"da çıxış etmək istəyir: "Biz Valdesə rəsmi təklifimizi göndərmişik. Qiymət məsələsini də təsdiqlədikdən sonra onun şənbə günü Türkiyəyə gəlməsi üçün heç bir problem olmayacaq. Sadəcə qiymət məsələsində bizim təsdiqimiz lazımdır".