Ötən gün Azərbaycan milisinin və “Qəbələ” klubunun yarımmüdafiəçisi Vaqif Cavadovun toyu olub. Lent.az-ın məlumatına görə, futbolçunun toyu paytaxt restoranlarının birində baş tutub. Onun özəl gününə bir çox tanınmış futbolçular gəlib. Onların sırasında Vüqar Nadirov, Rauf Əliyev, İlqar Qurbanov, Ruslan Abışov kimi millinin oyunçuları da olub.
Qeyd edək ki, 1989-cu ildə dünyaya gələn V.Cavadov Azərbaycanda “İnter”, “Qarabağ”, “Bakı” , Rusiyanın ÇSKA Moskva” , “Volqa”, Türkiyənin “Boluspor”, Hollandiyanın “Tvente” kimi klublarının şərəfini qoruyub.