“Qarabağ”da neçə yeni oyunçu olacaq?
01 sentyabr 2019 11:29 (UTC +04:00)

“Qarabağ”da neçə yeni oyunçu olacaq?

Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək “Qarabağ” sabaha kimi bir neçə transfer gerçəkləşdirə bilər.
 
Sentyabrın 2-si gecə Avropada transfer pəncərəsi bağlanır. Sentyabrın 3-ü isə Ağdam klubu da daxil olmaqla Avropa Liqasının qrup iştirakçısı olan bütün 48 komandanın iştirak ərizəsi UEFA-ya göndərilməlidir.
 
Ən uzağı sentyabrın 2-si axşama kimi isə yeni transferlər rəsmən həyata keçirilməli, ilk öncə yerli liqada qeydiyyat keçməli, bundan sonra isə beynəlxalq matçlar üçün UEFA-ya sifariş edilməlidir.
 
Beləliklə, “Qarabağ”ın bu gün, uzağı isə sabah axşama kimi yeni transferi rəsmən həyata keçirməsi şərtdir.
 
Qol.az-ın əldə etdiyi xəbərə görə, hazırda Ağdam klubu bir qapıçı, bir müdafiəçi və bir yarımmüdafiəçi ilə fəal danışıqlar aparır. Ehtimal edilir ki, yaxın 2 gündə “Qarabağ” 3, ən azı 2 yeni transfer həyata keçirəcək. Onlardan birinin “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç olacağı güman edilir.
 
(Qol.az)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar