Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın növbəti günündə Azərbaycanın digər idmançısı da medal qazanıb.
Belə ki, cüdoçumuz Məmmədəli Mehdiyevin (81) bürünc mükafata sahib olmasından sonra ikinci medal kəmər güləşindən gəlib. Bu idman növündə ölkəmizi 52 kq çəki dərəcəsində təmsil edən Ülviyyə Kərimova gümüş medal qazanıb.
O, yarışa 1/4 finaldan başlayıb. Ülviyyə finala gedən yolda Ukrayna pəhləvanı Lyudmila Matüşenko (1:0) və Qazaxıstan təmsilçisi Gülnar Yerbolovun (1:0) öhdəsindən gəlməyi bacarıb. Lakin həlledici görüşdə Kərimova Türkmənistan idmançısı Gülbadam Babamuratovaya 0:6 hesabı ilə məğlub olaraq, yarışı 2-ci yerdə tamamlayıb.
66 kq çəki dərəcəsində digər kəmər güləşçimiz Gülsədəf Kərimova isə yarışı ilk görüşdəcə başa vurub. O, Qırğızıstan təmsilçisi Nestan Kiyazovaya uduzub.
Ülviyyə Kərimova universiadada II oldu
624