UEFA mövsümün qapıçısını mükafatlandırıb
0
0
Avropada 2018/19 mövsümünün ən yaxşı qapıçısı müəyyənləşib.
APA-nın məlumatına görə, qitənin ən yaxşısının adı Çempionlar Liqasının qrup mərhələsinin Monakodakı püşkatmasında açıqlanıb.
Bu ada “Liverpul”un qolkiperi Alisson Bekker yiyələnib. O, UEFA-nın sorğusunda Hüqo Loris və Mark-Andre ter Ştegeni qabaqlayıb.
Qeyd edək ki, tədbirin əvvəlində UEFA prezidenti Aleksander Çeferin Fransa millisinin sabiq futbolçusu Erik Kantonaya Prezident mükafatı təqdim edib.
0
0