UEFA "Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Xorvatiya millisini cəzalandırıb.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, buna "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Splitdə keçirilən Xorvatiya – İtaliya oyununda (1:1) meydançanın qazonunda faşizm simvolu olan qamalı xaç çəkilməsi səbəb olub. Buna görə UEFA Xorvatiya millisinin bir xalını silib. Cəzaya baxmayaraq, milli komanda 12 xalla H qrupunun lideri olaraq qalıb.
UEFA, həmçinin Xorvatiya Futbol Federasiyasını 100 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, Xorvatiya - İtaliya görüşü 1:1 hesabı ilə başa çatıb.