
UEFA məktəblərimizdə futbol dərsi üçün yenidən pul ayırdı
UEFA-nın “Məktəblərdə futbol dərsi” layihəsi daha 4 il müddətinə uzadılıb.
APA-nın məlumatına görə, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında verilib.
Qərara əsasən məktəblilər arasında futbolun kütləviləşdirilməsinə xidmət edən layihə 2020-24-cü illərdə də gerçəkləşəcək. Bu dəfə UEFA-nın bütün üzvləri buna qoşulacaq.
2017-ci ildə start verilən və yalnız 6 ölkədə - Azərbaycan, Albaniya, Gürcüstan, Şimali Makedoniya, Şimali İrlandiya və Rusiyada pilot layihə kimi keçirilən “Məktəblərdə futbol” artıq bütün Avropanı əhatə edəcək.
UEFA bu layihə üçün 11 milyon avro ayırıb. Quruma üzv olan 55 assosiasiya, o cümlədən AFFA 4 il ərzində hər il 50 min avroya qədər vəsait alacaq. Bu yardım “het-trik” layihəsi ilə gerçəkləşəcək.
Oxşar yazılar

Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23