Ən bahalı klub "Fənərbaxça", ən bahalı futbolçu Musleradır - <span style="color:red;">SİYAHI
14 avqust 2015 11:12 (UTC +04:00)

Ən bahalı klub "Fənərbaxça", ən bahalı futbolçu Musleradır - SİYAHI

Bu gün start götürəcək  Türkiyə Super liqasının ən bahalı klubu və futbolçusu açıqlanıb. 

Lent.az-ın məlumatına görə, Almaniyanın transfermark.com saytında bu bərədə məlumat yayılıb.

Məlumata əsasən, Türkiyə Superliqasının ən bahalı klubu “Fənərbaxça”, ən bahalı oyuncusu isə "Qalatasaray" klubunun qapıçısı Musleradır. Belə ki, "sarı-bülbüllər" 165,2 milyon avro dəyəri ilə Superliqaya başçılıq edir. “Fənərbaxça”nı 137,3 milyon avro ilə “Qalatasaray”, 126,55 miyon avro ilə “Beşiktaş” təqib edir.

 

Super Liqanın ən kasıbı klubu 21, 95 milyon avro dəyəri olan “Mersin İdmanyurdu”dur.

 

“Transmark”da Superliqanın dəyəri ən bahalı futbolçuları da açıqlanıb. “Qalatasaray”ın qolkiperi Muslera 17 milyon avro ilə siyahıya başçılıq edir. Onu “Fənərbaxça”dan Robbin Van Persi, Luiz Nani və öz komanda yoldaşı Vesley Sneyder 15 milyon avro dəyərləri ilə təqib edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar