Türkiyədə hər ay 1 idmançı milliləşdirilir
28 avqust 2013 13:18 (UTC +04:00)

Türkiyədə hər ay 1 idmançı milliləşdirilir

Son 7 ildə 92 idmançı Türkiyə vətəndaşlığına qəbul edilib. Lent.az-ın məlumatına görə, bu barədə qardaş ölkənin daxili işlər naziri Muammər Gülər açıqlama verib.

 

Milliyyətçi Hərəkat Partiyasının Ankara millət vəkili Özcan Yeniçərinin yazılı sorğusuna cavab verən nazir bildirib ki, 2006-cı ildən bu ilin aprelinədək 31 əcnəbi ölkənin idmançılarına Türkiyə vətəndaşlığı verilib. Onların arasında azərbaycanlı da var. Bu, Ramil Quliyevdir.

 

Gülər onu da bildirib ki, son 4 ayda daha 4 idmançı Türkiyə vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib. Hazırda onların sənədlərinə baxılır. Nazirin açıqlamasına əsasən, Türkiyədə orta hesabla hər il 13, hər ay isə ən azı 1 əcnəbi idmançı milliləşdirilib. 

 

Qeyd edək ki, son illər əcnəbi idmançıların Azərbaycan vətəndaşlığına da qəbul edilmə halları kütləvi xarakter alıb. Lakin onların sayı və hansı ölkələrdən gəldiklərinə dair rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar