Türkiyə Fransaya qələbə ilə gedir
06 iyun 2016 01:01 (UTC +04:00)

Türkiyə Fransaya qələbə ilə gedir

0

Milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib.

 

Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Çexiya Cənubi Koreya ilə qarşılaşıb. Oyun koreyalıların 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki digər rəqibi Norveç isə Belçikayla qarşılaşıb. Skandinaviyalılar oyunun gedişində hesabda önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyiblər. Matç Belçika millisinin 3:2 hesablı qələbəsiylə nəticələnib.

 

Qardaş ölkə Türkiyə yığması isə Sloveniyanı məğlub edib. “Ay-ulduzlular” tək qola seviniblər. Matçda yeganə qoluna imza atan Burak Yılmaz bununla tarixə keçib. Milli komanda forması ilə 20-ci dəfə rəqibləri məyus edən eks “Qalatasaray”lı forvard bununla da əsas komandada ən çox qol vuran 4-cü futbolçu olub.

 

Yoxlama oyunları

5 iyun

 

Çexiya - Cənubi Koreya - 1:2

Qollar: Marek Suşi, 47 - Bit-Qaram, 27. Hyun-Yun Suk, 41.

 

İsveç – Uels - 3:0

Qollar: Forsberq, 40. Lustiq, 57. Quidetti, 87.

 

Belçika – Norveç - 3:2

Qollar: Lukaku, 3. Eden Hazard, 70. Kiman, 73 - Kinq, 21. Berişa, 48.

 

Serbiya – Rusiya - 1:1

Qollar: Mitroviç, 88 - Dzyuba, 85.

 

Sloveniya - Türkiyə - 0:1

Qol: Burak, 6

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar