Türk futbolçunu qızını qaçırmaqla hədələdilər
08 yanvar 2016 05:21 (UTC +04:00)

Türk futbolçunu qızını qaçırmaqla hədələdilər

“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin başına inanılmaz hadisə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçuya qızının qaçırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

 

Tanımadığı şəxslər Volkana zəng edərək, qızının qaçırılacağını, bunun müqabilində isə ondan pul tələb ediləcəyini xəbər veriblər. Bu məlumata qarşılıq isə ondan pul istəyiblər. Polisə müraciət edən qapıçı ona zəng edən adamla bağlı şikayət edib.

 

GSM nömrəsi vasitəsilə ələ keçirilən şəxs hadisədən xəbəri olduğunu, məqsədinin qapıçıya kömək etmək olduğunu deyib.

 

Hazırda sorğuda olan şübhəli şəxsin əsas məqsədinin bir neçə adamla əlbir olub futbolçunu qorxudaraq, maddi gəlir əldə etmək olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar